“TRT qlobal vicdanın səsidir”, İ.Eren

Türkiyə Radio Televiziya Qurumunun (TRT) baş direktoru  İbrahim Eren TRT olaraq qlobal vicdanın səsi olduqlarını söylədi.

1291843
“TRT qlobal vicdanın səsidir”, İ.Eren

Türkiyə Radio Televiziya Qurumunun (TRT) baş direktoru  İbrahim Eren TRT olaraq qlobal vicdanın səsi olduqlarını söylədi.

İbrahim Eren İstanbul Konqrəs Mərkəzində "Qloballaşmanın böhranı: risklər və imkanlar" başlığı ilə Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən təşkil edilən “TRT World Forum 2019”-un açılışında etdiyi çıxışda dedi:

“Keçən il “Parçalanmış bir dünyada sülh və təhlükəsizlik” başlığı ilə keçirilən forumda 20-dən artıq açıq və qapalı iclas keçirildi. Bu il keçirilən "Qloballaşmanın böhranı: risklər və imkanlar" başlığı ilə müxtəlif salonlarda mütəxəssislərin iştirakı ilə 40-dan artıq iclas keçiriləcək. Cari il ərzində “TRT World Forum” regional və qlobal məsələlərin müzakirə olunduğu ən etibarlı beynəlxalq platformalardan birinə çevrildi. Gördüyümüz hər işdə “insanı və vicdanı mərkəzdə saxlama” narahatlığımız ön planda oldu. Dəyişik səsləri bir araya gətirən forumda da bu əsəs prinsibimizi hər zaman mərkəzdə saxladıq”.

İbrahim Eren TRT olaraq beynəlxalq ictimaiyyətin səhv istiqamətləndirdiyi bu zamanda sadəcə və sadəcə olaraq həqiqətlərə sadiq qaldıqlarını, bu səbəbdən də müxtəlif çətinliklərlə qarşı-qarşıya olduqlarını vurğulayaraq dedi:

““Sülh çeşməsi” hərəkatının başlaması ilə “TRT World Forumu”na qatılma mövzusunda bəzi bəhanələr irəli sürərək, bəzən də birbaşa hərəkatı səbəb kimi göstərərək qatılmayacağını bildirən dəvətlilər oldu. Bu dəvətlilərin bizim sahib olduğumuz demokratiya kamilliyinə sahib olmadıqlarını görmək bizi kədərləndirdi. Hökm sürən mədəniyyətə məxsus tək və tərəfli bir perspektivin qlobal doğru kimi qəbul edildiyi və səsi ucadan çıxmayanların yox qəbul edildiyi bu ədalətsiz nizamı heç vaxt qəbul etmədik. Cənab prezidentimizdən aldığımız ilhamla 7,5 milyard insanın taleyini, 5 ölkənin qərarına tərk edən sistemə etiraz etdik. Bu ədalətsiz sistemin qurbanlarına mikrofonu uzatdıq, özlərini fadə etmələri üçün bir platforma yaratdıq. İndiyədək olduğu kimi bundan sonra da TRT dünyanın harasında olmasından asılı olmayaraq məzlumun səsini, haqqı, həqiqəti, dünyada və xüsusən də bölgədə baş vərənləri bütün həqiqətlərilə beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edəcək”.



Әlaqәli Xәbәrlәr