“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”, F.Oqtay

Prezident müavini Fuad Oqtay Suriyanın şimalında təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtmasını planlaşdırdıqlarını söylədi.

1291893
“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”, F.Oqtay

Prezident müavini Fuad Oqtay Suriyanın şimalında təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtmasını planlaşdırdıqlarını söylədi.

Fuad Oqtay bunu İstanbulda Yıldız Texnik universitetinin akademik ilinin açılış mərasimində deyib.

F.Oqtay bildirib ki, 365 min qaçqının könüllü geri qayıtdığı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları bölgələrindən sonra indi də Fərat çayının şərqini bölgə xalqı üçün təhlükəsiz hala gətirmək əzmindəyik. Tel Abyad və Rasulayn şəhər mərkəzləri ilə 65 yaşayış məntəqəsi terrordan təmizlənərək nəzarət altına alındı.  Yaradılan təhlükəsiz bölgələrdə səhiyyə, təhsil başda olmaqla yaşayış, yol, elektirik enerjisi, su kimi əsas avadanlıq xidmətləri heç bir ayrı-seçkilik qoyulmadan və qarşılıq gözləmədən suriyalı qardaşlarımızın istifadəsinə verilir.

Sabah axşam yerli vaxtla saat 22.00-da “Sülh çeşməsi” hərəkatına verilən fasilə möhlətinin başa çatacağını vurğulayan Oqtay deyib:

“120 saatlıq müddətin başa çatması ilə terrorçular silahlarını qoyub mağaralarından çıxacaq və bölgəni tərk edəcəklər. Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Bizim torpaqlarımızda, bizim təhlükəsizliyimizdə  gözü olanlara və bizim sülh, birlik və bərabərliyimizə, həmrəyliyimizə dair fərqli niyyətləri olanlara da əsla dözüm göstərə bilmərik, lazım olanı yerinə yetirərik. Dünən olduğu kimi, bu gün olduğu kimi, sabah da lazım olan yerinə yetirilər. Terror təşkilatları ilə birgə hərəkət edənlər əslində  sərhədimizin cənubunda bir terror dövləti qurmağı məqsəd götürənlərin kim olduğunun, kimlər olduğunun açıq-aşkar ortada olduğunu görürük. “Kim var bu terror təşkilatının arxasında?”-deyə baxdığımız zaman hamısı açıq-aşkar görünür, onlar bizə istiqamətli tənqidləri ilə bunu ortaya qoyurlar. Bunlar bizim yaddaşımızdadır, vaxtı gəldiyi zaman bunları təkrar danışacağıq”.



Әlaqәli Xәbәrlәr