Prezident Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqi qəbul etdi
Mətbuata qapalı keçirilən qəbul bir saata yaxın davam etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqi qəbul etdi.
Ərdoğan Türkiyədə səfərdə olan Stoltenberqi İstanbulda Prezident Aparatının Dolmabağçadakı ofisində qəbul etdi.
Mətbuata qapalı keçirilən qəbul bir saata yaxın davam etdi.
Görüşün əsas mövzusunu Türkiyənin sərhədində yaradılmağa cəhd göstərilən terror dəhlizini yox etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədilə Suriyanın şimalında terror təşkilatlarına qarşı apardığı “Sülh çeşməsi” hərəkatı təşkil etdi.
Ərdoğanın hərəkatın məqsədini şərh etdiyi, hədəfin sadəcə terrorçular olduğunu söylədiyi bildirilir.
Görüşde xarici işler naziri Mövlud Çavuşoğlu, milli müdafie naziri Hulusi Akar ve NATO Parlament Assambleyasındakı Türk nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak da iştirak etdi.
NATO baş katibi milli müdafiə naziri Akar ilə ayrıca görüş keçirdi.
Görüşdə müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 168 ölüm faktı qeydə alınıb.

Almaniyanın xarici işlər naziri Türkiyəyə gələcək
Almaniyanın xarici işlər naziri Hayko Maas yanvarın 18-də Türkiyəyə səfərə gələcək.