"Türkiyə əsgəri Suriyada da xalqın yanında terrorçuların qarşısında olacaq", H.Akar

Milli müdafiə naziri Hulusi Akar Türkiyə əsgərinin Suriyada da xalqın yanında terrorçuların qarşısında olacağını söylədi.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Fərat çayının şimalında “Barış pınarı” adı altında həyata keçirilən əməliyyat ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında təşkil edilən “Barış pınarı hərəkatı koordinasiya yığıncağı”ndan sonra açıqlama verdi.

İndiyədək olduğu kimi “Barış pınarı” hərəkatında da günahsız dinc vətəndaşların, tarixi əsərlərin, mədəniyyət və dini əsərlərin toxunulmaz olduğunu vurğulayan Hulusi Akar “Sadəcə ölkəmizin və millətimizin deyil, bölgəmizdə yaşayan dini və etnik qrupların da təhlükəsizliyinə böyük əhəmiyyət veririk” dedi.

Türkiyə-Suriya sərhədində yaradılması planlaşdırılan təhlükəsizlik bölgəsinin mühacirlərin evlərinə qayıtması üçün ən məntiqli və humanitar seçim olacağını vurğulayan nazir Akar “Suriya ilə olan 911 km-lik sərhədimizdə bir terror dəhlizi yaradılmasını əsla qəbul etmirik” deyə bildirdi.

Әlaqәli Xәbәrlәr