Türkiyə Almaniyanın Halle şəhərində sinaqoqa edilən hücumu qınadı

Türkiyə Almaniyanın Halle şəhərində bir sinaqoq qarşısında və bir dönərcidə iki adamın həyatını itirməsinə səbəb olan hücumu qınadı.

Türkiyə Almaniyanın Halle şəhərində sinaqoqa edilən hücumu qınadı

Türkiyə Almaniyanın Halle şəhərində bir sinaqoq qarşısında və bir dönərcidə iki adamın həyatını itirməsinə səbəb olan hücumu qınadı.

Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada "Almaniyanın Halle şəhərində bir sinaqoqun qarşısındakı silahlı hücumu qınayırıq və lənətləyirik" ifadəsi işlədilib.

 "Yəhudi icmasına qarşı edilən bu antisemit hücumun yəhudilər üçün ilin ən müqəddəs günü olan “Yom Kippur” bayramı zamanı baş verməsi də təəssüf doğurur” ifadəsinin yer aldığı açıqlamada Türkiyənin antisemitizm, İslam düşmənçiliyi, xristian düşmənçiliyi, ksenofobiya kimi radikal cərəyanların hamısının əleyhinə olduğu vurğulanıb.

Açıqlamada "Onlar bütün bəşəriyyəti təhdid edir. Biz bu radikal cərəyanlara qarşı birlikdə mübarizə aparmalıyıq. Alman xalqına və yəhudi icmasına başsağlığı veririk və beynəlxalq ictimaiyyətin vicdanında dərin yara açan təcavüzkarların yaxın zamanda məhkəmə qarşısına çıxarılacağına ümid edirik " ifadələri işlədilib.



Әlaqәli Xәbәrlәr