"Sülh çeşməsi” əməliyyatı planlaşdırıldığı kimi davam edir", F.Oqtay

Prezident müavini Fuad Oqtay Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində başlatdığı PKK/PYD və DEAŞ terror təşkilatlarını hədəf aldıqları "Sül çeşməsi” (Barış Pınarı) əməliyyatının planlaşdırıldığı kimi davam etdiyini söylədi.

Oqtay şəxsi “Twitter” hesabında türkcə və ingiliscə Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə sülh və dincliyi gətirmək məqsədiylə başladılan “Ssül çeşməsi” əməliyyatına dair açıqlamalar verdi.

“Barış pınarı” əməliyyatının terror təşkilatlarının kök salmağa cəhd göstərdiyi sərhəddən kənarda planlaşdırıldığı kimi davam etdiyini ifadə edən Fuad Oqtay bunları söylədi:

“Əməliyyatın yeganə məqsədi sərhədlərimizin təhlükəsizliyini və suriyalıların öz evlərinə könüllü qayıtmasını təmin etməkdir. Ordumuz terrorçularla mübarizəsini uğurla davam etdirərkən dinc vətəndaşların zərər görməməsinə ilkin planda üstünlük verir”.

Beynəlxalq hüquqa əsaslanan haqları və BMT Konvensiyasında yer alan 'qanuni müdafiə haqqı' çərçivəsində hərəkət edən Türkiyə sərhədlərini təhdid edən və bütün dünya üçün təhlükə ortaya qoyan terror bataqlığını qurutmaq əzmindədir” deyə Fuad Oqtay vurğuladı.

Prezident müavini Oqtay beynəlxalq ictimaiyyətin terror təşkilatlarına qarşı mübarizədə eyni qətiyyətli mövqeyi göstərməsinin ən böyük gözləntiləri olduğunu da dilə gətirdi.

Әlaqәli Xәbәrlәr