Komandolarımız Fəratın şərqində irəliləməkdə davam edir

Milli Müdafiə Nazirliyi ““Sülh çeşməsi” (Barış Pınarı) hərəkatında iştirak edən komandolarımız Fəratın şərqində irəliləməkdə davam edir" açıqlamasını verdi.

Komandolarımız Fəratın şərqində irəliləməkdə davam edir

Türk əsgəri ölkədə və bölgədə sülh və əmin-amanlığın təmin olunması məqsədilə Fərat çayının şərqində ...

Milli Müdafiə Nazirliyi ““Sülh çeşməsi” (Barış Pınarı) hərəkatında iştirak edən komandolarımız Fəratın şərqində irəliləməkdə davam edir" açıqlamasını verdi.

Milli Müdafiə Nazirliyi “Twitter” hesabında yer alan  açıqlamasında "Sülh çeşməsi” hərəkatında iştirak edən qəhrəman komandolarımız Fəratın şərqində irəliləməkdə davam edir" ifadəsini işlətdi.

 Paylaşmada komandoların ərzidə atəş açaraq irəlilədiyinə dair bir gecə görmə kamerası ilə qeyd olunmuş görüntü də yer aldı.

Bu arada Suriya Milli Ordusu (SMO) Fəratın şərqindəki əraziyə girdi.

SMO-ya bağlı qoşunlar TSQ-nın “Sülh çeşməsi” hərəkatını dəstəkləyir.

SMO bu çərçivədə  Tel Abyadın qərbindəki El Yabse və Tel Fander kəndləri ilə Müşeyrfe, Dedat, Bir Aşik, Həmidiye və Rəsulaynın Kişto kəndlərini térrordan təmizlədi.

 Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyada başlatdığı PKK/PYD və DEAŞ terror təşkilatlarını hədəf alan “Sülh çeşməsi” hərəkatının qurudakı hissəsi dünən axşam başladıldı.

Türk ordusu 3 fərqli nöqtədən sərhədi keçərək bölgəni nəzarətdə saxlayan terrorçulara qarşı mübarizəni qurudan da aparmağa başladı.

Milli Müdafiə Nazirliyinin açıqlamasında "Qəhrəman Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusu “Sülh çeşməsi” hərəkatı çərçivəsində Fərat çayının şərqində əməliyyata başladı" deyildi.

Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatın hava qüvvələri tərəfindən yerli vaxtla saat 16.00-da başladıldığını söylədi.

"TSQ Suriyanın şimalında PKK/YPG və DEAŞ terror təşkilatlarına qarşı “Sülh çeşməsi” hərəkatının başladığını elan etdi.

Sonra türk təyyarələri 30 kilometr daxil olaraq terrorçu hədəflərini məhv etdi.



Әlaqәli Xәbәrlәr