F.Altın L.Qrahamın “Sülh çeşməsi” hərəkatıla bağlı dediklərinə cavab verdi

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altın Amerika Birləşmiş Ştatlarının Respublikaçı senatoru Lindsey Qrahamın “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatına bağlı şərhinə reaksiya verib.

  Fəxrəddin Altın deyib: "Senator, sizi buradan məlumatlandırmaq üçün yazıram. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 16 sentyabrda “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatına başladı. Qırmızı işıqda keçdiyimizi eşitdik. Bu fövqəladə vəziyyət idi. Vətəndaşlarımızı təhdid edən PKK və DAEŞ terrorçularını cəhənnəmə göndərmək üçün tələsikliyimiz vardı."

  Xatırladaq ki, Lindsey Qraham paylaşmasında "Türkiyə hökumətinə Suriyanın şimalına girmək üçün yaşıl işıq yandırılmadı. Konqresdə qırmızı xətti gördüyünüzdə onu keçməməniz lazımdır, çünki nəhəng iki partiyalı müxalifət var."

Әlaqәli Xәbәrlәr