Suriya və İraq sərhədlərində əməliyyatlar üzrə səlahiyyətlərin müddəti TBMM-də daha bir il uzadıldı
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) İraq və Suriyada transsərhəd əməliyyatlar həyata keçirmə səlahiyyəti verən sənədin müddəti daha bir il uzadıldı.

Türkiyə Silahlı Qüvvələrinə (TSQ) İraq və Suriyada transsərhəd əməliyyatlar həyata keçirmə səlahiyyəti verən sənədin müddəti daha bir il uzadıldı.
TSQ-ya İraq və Suriyada sərhəddən kənarda əməliyyatlar həyata keçirmə imkanı verən Prezident Aparatının sənədi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə edildi və təsdiqləndi.
Məclisin iclasında Xalqların Demokrat Partiyası (HDP) xaric bütün partiyalardan təmsil olunan millət vəkilləri sənədin lehinə səs verdi.
Həmçinin aparıcı müxalifət partiyalarından Cümhuriyyət Xalq Partiyası və İyi Partiya liderləri də sənədin təsdiqini dəstəklədi.
Әlaqәli Xәbәrlәr

Rәcәb Tayyib Әrdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxış edib
‘‘Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur’’