Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyata ABŞ-ın Silahlı Qüvvələri daxil olmayacaq

Bu barədə Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında edilən telefon söhbətindən sonra Ağ Evin yaydığı açıqlamada bildirildi.

Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyata ABŞ-ın Silahlı Qüvvələri daxil olmayacaq

ABŞ-ın Silahlı Qüvvələri Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyata daxil olmayacaq.

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında edilən telefon söhbətindən sonra Ağ Evin yaydığı açıqlamada bildirildi.

"Türkiyə tezliklə Suriyanın şimalında özünün çoxdan planlaşdırılmış əməliyyatına başlayacaq. ABŞ-ın silahlı qüvvələri bu əməliyyatı dəstəkləməyəcək və ya əməliyyatda iştirak etməyəcək, DEAŞ-ı məğlub edən ABŞ hərbi qüvvələri daha bilavasitə bu bölgələrdə olmayacaq", - deyə ABŞ Prezidenti Administrasiyası tərəfindən yayılmış xəbərdə vurğulanıb.

ABŞ hökumətinin Suriyada məhkum tutulan DEAŞ mənsubu vətəndaşlarını geri almaları üçün Fransa, Almaniya və digər Avropa İttifaqı (Aİ) ölkələrinə təzyiq etdiyini, ancaq bu ölkələrin bu terrorçuları almaq istəmədiyi bilidirilən açıqlamada ABŞ-ın bu şəxsləri illərlə saxlamayacağına işarə edilib.

Xəbərdə qeyd edilir ki, indi Türkiyə ABŞ tərəfindən terror qruplaşmasının məhv edilməsindən sonra son iki il ərzində əsir götürülmüş DEAŞ döyüşçüləri üçün məsuliyyət daşıyacaq.

Bundan başqa, Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib.

"Liderlər ABŞ prezidenti Donald Trampın dəvəti ilə növbəti ayda Vaşinqtonda danışıqlar aparmağa razılaşdırıb", - deyə xəbərdə qeyd edilib.



Әlaqәli Xәbәrlәr