Prezident Rəcəb Tayyib Ərdoğan Serbiyada rəsmi səfərdədir

Prezident Ərdoğan paytaxt Belqraddakı Serbiya sarayında həmkarı Aleksandr Vucic tərəfindən rəsmi mərasimlə qarşılanıb.

1283284
Prezident Rəcəb Tayyib Ərdoğan Serbiyada rəsmi səfərdədir
erdogan sirbistan1.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Serbiyada rəsmi səfərdədir.

Prezident Ərdoğan paytaxt Belqraddakı Serbiya Sarayında həmkarı Aleksandr Vucic tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Ərdoğan və Vucic mərasimdən sonra iki ölkə ərasındakı diplomatik əlaqələrin 140-cı ildönümü münasibətilə Serbiya Dövlət Arxivlərindəki sənəd və şəkillərin nümayiş olunduğu sərgini gəziblər.

Təkbətək keçirəcəkləri görüşdən sonra Ərdoğan və Vucic Türkiyə-Serbiya Ali səviyyəli Əməkdaşlıq Şurasının ikinci iclasına başçılıq edəcəklər.

Müqavilələrin imzalanmasından sonra birgə mətbuat konfransı keçiriləcək.

Rəsmi qarşılanma mərasimində xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar və meşə naziri Bəkir Pakdəmirli, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan, İnformasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Aparatının sözçüsü İbrahim Kalın da iştirak edib.



Әlaqәli Xәbәrlәr