Türkiyənin “Yavuz” gəmisi Aralıq dənizində qazma işləri aparacaq

“Yavuz” adlı qazma gəmisi oktyabrın 7-də  Türkiyənin dənizdibi əraziləri daxilində qazma işlərini başladacaq.

Türkiyənin “Yavuz” gəmisi Aralıq dənizində qazma işləri aparacaq

“Yavuz” adlı qazma gəmisi oktyabrın 7-də  Türkiyənin dənizdibi əraziləri daxilində qazma işlərini başladacaq.

Xarici İşlər Nazirliyi İkili Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd üzrə müdiri Çağatay Erciyes şəxsi “Twitter” səhifəsində yazıb ki, gəmi oktyabrın 7-də yeni qazma fəaliyyətini başladacaq. Qazma fəaliyyətləri Türkiyənin BMT-də qeydiyyatda olan qitə dəhlizi və Türkiyə hökumətinin “Türk Petrolları” şirkətinə 2012-ci ildə verdiyi “Rəsmi Gazete”də də dərc olunan lisensiya sahələrində həyata keçiriləcək.

Kıbrıs Rum rəhbərliyinin 2003-cü ildən bəridir Türkiyənin və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) haqlarını pozduğunu vurğulayan Erciyes Türkiyənin Cənubi Kıbrısın qitə dəhlizi və xüsusi iqtisadi bölgələr mövzusundakı dəniz sərhədi iddialarını tanımadığını ifadə etdi.

Erciyes Cənubi Kıbrısın bu bölgələri Aİ suları və sərhədləri daxilində göstərən iddialarının beynəlxalq hüququn pozuntusu mənası daşıdığını qeyd etdi.

Enerji və təbii sərvətlər naziri Fateh Dönməz də “Yavuz” adlı qazma gəmisinin Aralıq dənizində axtarıx fəaliyyətlərini davam etdirmək üçün Güzəlyurt-1 quyusu istiqamətində irəlilədiyini bildirdi.

Yazılı xəbərdarlıq sisteminə əsasən, Yavuz qazma gəmisi Aralıq dənizində yanvar 2020-ci ilədək fəaliyyətlərini davam etdirəcək.



Әlaqәli Xәbәrlәr