Ərdogan: "Məqsədimiz Fəratın şərqində sülhün hakim olmasıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan “Artıq sözün bitdiyi yerdəyik. Hazırlıqlarımızı gördük. Hərəkətə keçmək planlarımızı tamamladıq, təlimatlarımızı verdik” dedi.

Ərdogan: "Məqsədimiz Fəratın şərqində sülhün hakim olmasıdır"

Artıq sözün bitdiyi yerdəyik. Hazırlıqlarımızı gördük. Hərəkətə keçmək planlarımızı tamamladıq, təlimatlarımızı verdik.

Ərdoğan Fərat çayının şərqinə istiqamətli əməliyyatla əlaqədar partiyasının Ankaranın Kızılcahamam rayonunda təşkil etdiyi 29-cu Müşavirə və Qiymətləndirmə yığıncağında etdiyi çıxışda bunu dedi.

 Prezidenti Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq və Suriya qaçqınlarının torpaqlarına geri qaytarılması mövzusunda ABŞ-la razılığa gəlinmədiyi üçün ən yaxın zamanda Türkiyənin hərəkətə keçə biləcəyini vurğuladı: “ABŞ-la birgə quruda və havada patrul xidmətinin hekayə olduğunu gördük. Siz PKK/YPG-ni terror təşkilatı olaraq tanıyırsınız-tanımırsınız, bunu açıqlayın. Bütün tədarükü görmüşük. Hərəkətə keçməyimiz bəlkə bu gün, bəlkə sabah deyilə biləcək qədər yaxındır. Fəratın şərqinə həm havadan, həm qurudan hərəkata başlayacağıq”.



Әlaqәli Xәbәrlәr