Hulusi Akar ilə amerikalı həmkarı Mark Esper arasında telefon danışığı oldu

Türkiyə ABŞ-nı terror təşkilatı PKK/PYD/YPG-yə dəstəyinə son qoymağa çağırdı.

Hulusi Akar ilə amerikalı həmkarı Mark Esper arasında telefon danışığı oldu

Türkiyə ABŞ-nı terror təşkilatı PKK/PYD/YPG-yə dəstəyinə son qoymağa çağırdı.

Milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Mark Esper ilə Suriya sərhədində təhlükəsiz bölgənin yaradılması ilə bağlı telefonla danışdı.

Telefon danışığında Türkiyənin cənubunda (Suriya sərhəddində) bir terror dəhlizi qurulmasına icazə verilməyəcəyi bir dəfə daha vurğulandı.

Görüş zamanı ABŞ-dan xüsusilə silah-sursat başda olmaqla terror təşkilatı PKK/PYD/YPG-yə dəstəyin tamamilə dayandırılması istəndi.

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada Akarın telefon danışığında Esperə "Fərat çayının şərqində təqribən 30 kilometrlik dərinlikdə, sərhəd boyunca ağır silahlardan və terrorçulardan təmizlənilmiş təhlükəsiz bölgə/sülh dəhlizi qurulması və ləngitmə olsa bu fəaliyyətlərə son qoyulacağı, Türkiyənin bunda son dərəcə qəyiyyətli olduğu" mesajı verildiyinə işarə edildi.



Әlaqәli Xәbәrlәr