Xarici  İşlər Nazirliyindən İraqa  səyahət xəbərdarlığı

Xarici İşlər Nazirliyi, Türkiyə vətəndaşlarını İraqa səyahət mövzusunda xəbərdarlıq edib və etiraz aksiyaların keçirildiyi ərazilərə getməmələrini istəyib.

Xarici  İşlər Nazirliyindən İraqa  səyahət xəbərdarlığı

Nazirliyin yaydığı açıqlamada Paytaxt Bağdad daxil olmaqla İraqın müxtəlif əyalətlərində etiraz nümayişlərinin davam etdiyi xatırladılıb və Türk vətəndaşlarına hadisələrin cərəyan etdiyi bölgələrə məcbur qalmadıqca getməmələri tövsiyə edilib. Halhazırda İraqda olan Türk vətəndaşlarından İraq hökumətinin xəbərdarlıqlarını ciddi qəbul etmələri tələb olunub.

Açıqlamada qeyd edilib ki, Ölkədəki vəziyyətdən təsirlənən və köməyə zərurət duyan vətəndaşlarımız və İraqdakı yaxınlarından xəbər ala bilməyənlər Konsulluq xəbərləşmə Mərkəzi (+90 312 292 29 29),   Türkiyənin Bağdad Səfirliyi (+964 790 190 94 06),  "embassy. baghdad@mfa.gov.tr ​​"e-poçt ünvanından birbaşa əlaqə yarada bilərlər.



Әlaqәli Xәbәrlәr