"Türkiyə Şərqi Aralıq dənizindəki resursların ədalətli bölgüsünü istəyir", H.Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Milli Müdafiə Universitetinin yeni tədris ilinin açılışında çıxış edib.

  H.Akar Şərqi Aralıq dənizindəki prosesləri qiymətləndirərək deyib: "Qıbrızda daimi və əhatəli bir həllin tərəfdarıyıq. Türkiyə Şərqi Aralıq dənizindəki resursların ədalətli bölgüsü istiqamətində əsaslı bir mövqe tutur. Beynəlxalq hüquq çərçivəsində öz və kiprli qardaşlarımızın haqqlarını qorumağa davam edəcəyik".

  Akarın gündəmində İdlibdəki proseslər də var idi. Türkiyənin milli müdafiə naziri İdlib məsələsində Rusiya ilə birlikdə çalışıldığını söylədi və məqsədin bölgədəki insanların əziyyət çəkməsinin qarşısını almaq olduğunu vurğuladı.

Әlaqәli Xәbәrlәr