‘‘Pәncә’’ әmәliyyatı qәtiyyәtlә davam etdirilir

İraqın şimalında keçirilәn ‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә separatçı terror tәşkilatı PKK-nın 8 üzvü zәrәrsizlәşdirilib.

‘‘Pәncә’’ әmәliyyatı qәtiyyәtlә davam etdirilir

 

İraqın şimalında keçirilәn ‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә separatçı terror tәşkilatı PKK-nın 8 üzvü zәrәrsizlәşdirilib. Әmәliyyatın İraqın şimalındakı Hakurk vә Qara bölgәlәrindә keçirildiyi vurğulanıb.

Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamaya görә, Hakurk bölgәsinә tәşkil edilәn hava әmәliyyatı nәticәsindә terror tәşkilatı PKK-nın 3 üzvü zәrәrsizlәşdirilib.

Türkiyә Silahlı Qüvvәlәri vә Milli Kәşfiyyat İdarәsinin koordinasiyalı şәkildә keçirdiyi әmәliyyatlar nәticәsindә İraqın şimalındakı Qara bölgәsindә isә 5 PKK terrorçusu tәsbit edilib.

PKK terrorçuları hәyata keçirilәn әmәliyyat nәticәsindә zәrәrsizlәşdiriliblәr. Belәliklә dünәn hәyata keçirilәn hava әmәliyyatları nәticәsindә zәrәrsizlәşdirilәn terrorçu sayı 17 nәfәrә yüksәlib.

‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә indiyәdәk  zәrәrsizlәşdirilәn terrorçu sayı isә 134-ә çatıb.



Әlaqәli Xәbәrlәr