“Nusret-2019 Dəvət Təlimi”ndə iştirak edəcək NATO gəmiləri Çanaqqalaya çatdı

Çanaqqala və Saros körfəzində 4-20 oktyabrda keçiriləcək “Nusret-2019 Dəvət Təlimi”ndə iştirak edəcək NATO-ya bağlı hərbi gəmilər Çanaqqalaya çatdı.

NATO tərkibindəki İtaliyan donanmasına məxsus “A5329” nömrəli “ITS VESUVİO”, Yunanıstan donanmasına məxsus “M63” nömrəli “HS KALLISTO”, İspaniya donanmasına məxsus “M32” nömrəli “SELLA”, İtaliyan donanmasına məxsus “M-5557” nömrəli “ITS NUMANA 9” ilə Türkiyə donanmasına məxsus “M266” nömrəli “TCG Amasra” gəmiləri yerli vaxtla saat 09.00 radələrində dalbadal Çanaqqala boğazından keçdi.

Gəmilərə Sahil Xidməti hissələri müşayiət etdi.

Gəmilər Sahil Təhlükəsizliyi Müdirliyinə məxsus xilasedici gəmilərlə lövbər salacaqları Nara limanına yan aldılar.

Әlaqәli Xәbәrlәr