Ərdoğan yəhudiləri Roş Aşana münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İvrit təqviminə görə yeni ilini simvollaşdıran Roş Aşana Bayramı münasibətilə təbrik mesajı yayıb.

1279156
Ərdoğan yəhudiləri Roş Aşana münasibətilə təbrik etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İvrit təqviminə görə yeni ilini simvollaşdıran Roş Aşana Bayramı münasibətilə təbrik mesajı yayıb.

  Bütün yəhudi vətəndaşları təbrik edən Ərdoğan mesajında deyir:

  “Sevgi və möhkəmlik mədəniyyətinin simvolu olan bu torpaqlarda əziz xalqımız əsrlərdir ictimai, mədəni, siyasi və bəşəri müxtəlifliyi birlik və bərabərliyini gücləndirən önəmli zənginlik olaraq qəbul etmişdir. Fərqli inanclara mənsub vətəndaşlarımızın öz mədəniyyət və ənənələrini yaşatdıqları xüsusi günlər ictimai həyatımıza rəng qatır, qədim dostluq və bərabərliyimizin möhkəmlənməsinə səbəb olur. Bu fikirləri əsas götürərək yəhudilərin dini bayramlarından biri olan Roş Aşana münasibətilə, başda öz vətəndaşlarımız olmaqla, bütün yəhudilərə cansağlığı arzulayıram".



Әlaqәli Xәbәrlәr