Milli Təhlükəsizlik Şurasının Suriyada təhlükəsiz bölgənin yaradılması ilə əlaqədar qərarı

Türkiyə Suriyada təhlükəsiz bölgənin yaradılması ilə əlaqədar göstərdiyi səmimi cəhdlərini daha da artıracaq.

1279173
Milli Təhlükəsizlik Şurasının Suriyada təhlükəsiz bölgənin yaradılması ilə əlaqədar qərarı

  Türkiyə Suriyada təhlükəsiz bölgənin yaradılması ilə əlaqədar göstərdiyi səmimi cəhdlərini daha da artıracaq.

  Bununla bağlı Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da ölkə prezidenti Rəcəb Tayyib Ərdoganın başçılığı altında keçirilən iclasında qərar qəbul edildi.

  Yığıncaqdan sonra verilən açıqlamaya görə, Türkiyə Suriyada təhlükəsiz bölgənin yaradılması ilə əlaqədar göstərdiyi səmimi cəhdlərini daha da artıracaq.

  Terror təşkilatlarına qarşı yönəldilmiş əməliyyatların qətiyyətli şəkildə davam edəcəyi iclasda müzakirə edilən əsas mövzu olub. “Pəncə” əməliyyatlarının da terrorçular bölgədən tamamilə təmizlənənə qədər həyata keçiriləcəyi vurğulanıb.

  Milli Təhlükəsizlik Şurasının yığıncağından sonra verilən açıqlamada o da bildirilib ki, Türkiyənin Şərqi Aralıq dənizindəki qitə dəhlizi və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətilə qəbul olunmuş razılaşmalar çərçivəsindəki fəaliyyətlər də davam edəcək.  



Әlaqәli Xәbәrlәr