26 Sentyabr Türk Dil Bayramı münasibətilə Ərdoğan xalqı təbrik etdi

26 Sentyabr Türk Dil Bayramı münasibətilə xalqı təbrik edən Ərdoğan dilin insanlar arasında bir ünsiyyət vasitəsi, paylaşma, birlik və bərabərliyin təminatçısı olduğunu vurğulayaraq deyib...

1276477
26 Sentyabr Türk Dil Bayramı münasibətilə Ərdoğan xalqı təbrik etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın sayılan-seçilən dilləri arasında yer alan türkcənin əsrlər boyu müxtəlif mədəniyyətlərə ev sahibliyi etmiş bu torpaqlarda milli kültür və kimliyin formalaşmasındakı rolunu yüksək dəyərləndirib.  

  26 Sentyabr Türk Dil Bayramı münasibətilə xalqı təbrik edən Ərdoğan dilin insanlar arasında bir ünsiyyət vasitəsi, paylaşma, birlik və bərabərliyin təminatçısı olduğunu vurğulayaraq deyib:  

  “Mədəniyyətlər və sivilizasiyaların məhənk daşı olan dil adət və ənənələrin nəsildən nəsilə ötürülməsində ən mühüm vasitədir. Asiyadan Avropanın yarısına qədər böyük bir coğrafiyaya yayılan türk dili, fərqli ləhcə və şivələrə ayrılmasına baxmayaraq, qardaş xalqlar arasında qurulan güclü əlaqələrin əsasıdır.

  Tolerantlıq, sülh və sevginin dili olan türkcə ortaq keçmişə sahib xalqlar arasında sarsılmaz könül körpüləri qurmaqda davam edir.

  Türk dilinin dünyanın aparıcı dilləri arasında yer alması da bizim üçün böyük qürurdur.

  Türk dilini ədəbiyyat, incəsənət, elm və təhsil dili kimi daha irəliyə aparmaq, dilimizin nüfuzunu yüksəltmək hamımızın üzərinə düşən ən böyük məsuliyyətdir".



Әlaqәli Xәbәrlәr