Hakkari vilayəti ərazilərində 2 terrorçu zərərsizləşdirildi
Bölgədə əməliyyatların davam etdiyi bildirildi.(YENİLƏNDİ)

İraqın şimalındakı Haftanin bölgəsinə istiqamətli hava əməliyyatında terror təşkilatı PKK üzvü zərərsizləşdirildi.
Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, uğurlu şəkildə davam edən "Pəncə-3" əməliyyatı çərçivəsində Haftanin bölgəsinə hava əməliyyatı təşkil etdi.
Əməliyyat nəticəsində PKK terror təşkilatının üç üzvü zərərsizləşdirildi.
"Pəncə" əməliyyatı ilə koordinasiyalı şəkildə İraqın şimalındakı Avaşin bölgəsinə edilən hava əməliyyatında isə 3 terrorçu zərərsizləşdirildi.
Hakkari vilayəti ərazilərində 2 terrorçu zərərsizləşdirildi.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkə daxilindəki təhlükəsizlik əməliyyatları çərçivəsində Hakkaridə Vilayət Jandarm Komandanlığı və Milli Kəşfiyyat İdarəsi tərəfindən əməliyyatlar həyata keçirildi.
Əməliyyat nəticəsində 2 terror zərərsizləşdirildi.
Bölgədə əməliyyatların davam etdiyi bildirildi.