Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında təhlükəsiz bölgənin qurulması üçün ABŞ-la aparılan danışıqlarda  iki həftə ərzində nəticə əldə olunmayacağı təqdirdə Türkiyənin öz hərəkət planlarının işə düşəcəyini söylədi.

1271849

Ərdoğan bunu Beştəpə Millet Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən 2019-2020 Tədris İlinin açılış mərasimində dedi.

Ərdoğan çıxışında ABŞ ilə müzakirə edilən təhlükəsiz bölgədə mövzusunun son vəziyyətinə toxundu.

 Ərdoğan “İki həftədə nəticə əldə olunmayacağı təqdirdə öz hərəkət planlarımızı işə daxil edəcəyik. Gələcək aylarda baş verəcək hadisələr Suriya böhranının dinclikləmi həll olunacağını və ya dərinləşəcəyinimi təyin edəcəkdir. Fərat çayının şərqində təhlükəsiz hala gətirməklə, təhlükəsiz bölgənin dərinliyindən asılı olaraq 2 ilə 3 milyon arasında hələ də ölkəmizdə və Avropada yaşayan suriyalı qaçqını yerləşdirə bilərik” dedi.

Ərdoğan “Həm İdlib, həm də Fəratın şərqi baxımından Avropa ölkələrindən daha güclü dəstək gözləyirik. Onların söylədikləri bizi artıq qane etmir" ifadələrini işlətdi.

Әlaqәli Xәbәrlәr