Türkiyə-Rusiya-İran üçtərəfli zirvə yığıncağının birgə bildirişi yayımlandı

Türkiyə-Rusiya-İran üçtərəfli zirvə yığıncağının birgə bildirişində Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü ilə BMT prinsiplərinə güclü şəkildə sadiq qalınacağı barədə vədlər verildiyi vurğulandı.

1270806
Türkiyə-Rusiya-İran üçtərəfli zirvə yığıncağının birgə bildirişi yayımlandı

Türkiyə-Rusiya-İran üçtərəfli zirvə yığıncağının birgə bildirişində Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü ilə BMT prinsiplərinə güclü şəkildə sadiq qalınacağı barədə vədlər verildiyi vurğulandı.

Suriya mövzulu üçtərəfli zirvə toplantısı prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə dünən Ankarada Çankaya Köşkündə keçirildi.

Zirvə yığıncağının axırında yayılan birgə bildirişdə Suriyada terrorla mübarizə adı altında reallıqlar yaradılmasına dair istənilən hər təşəbbüsün rədd edildiyi bildirildi.

Liderlər tərəfindən Suriyanın şimal-şərqindəki təhlükəsizlik və sabitliyin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında əldə edilə biləcəyi vurğulandı.

Liderlər Suriyanın işğal altındakı Qolan təpələrilə bağlı beynəlxalq hüququn kobud şəkildə pozulduğu və regional sülhə və təhlükəsizliyə təhdid olan ABŞ-ın qərarını qınadılar.

Bildirişdə İsrailin Suriyaya istiqamətli hərbi hücumlarının sabitliyi, ölkənin suverenliyini və ərazi bütövlüyünü pozduğu və bölgədəki gərginliyi artırdığı vurğulandı.

Liderlər gərginliyin dərinləşməsi nəticəsində bölgədəki və ətrafındakı humanitar vəziyyətin daha da pisləşməsi riskindən narahatlıqlarını ifadə etdilər və pozuntuların azaldılması üçün konkret addımlar  atılması üçün razılığa gəldilər.

Liderlər Suriya münaqişəsinin hərbi yolla həllinin yalnız suriyalıların rəhbərlik və sahibliyində, BMT-nin məsələni asanlaşdırıcı köməyilə həll edilə biləcəyinə inamlarını bir daha təsdiq etdilər.

Bildirişdə İran prezidenti Həsən Ruhaninin dəvəti ilə növbəti üçtərəfli sammitin İranda keçirilməsinin qərara alındığı qeyd edildi.



Әlaqәli Xәbәrlәr