Bu gün İstanbul Aviasiya, Kosmos və Texnika Festivalı - TEXNOFEST İstanbul başlayır

Türkiyənin  texnologiya üzrə ən böyük tədbiri, İstanbul Aviasiya, Kosmos və Texnika Festivalı (TEXNOFEST İstanbul) bu gün  başlayır.

1270769
Bu gün İstanbul Aviasiya, Kosmos və Texnika Festivalı - TEXNOFEST İstanbul başlayır

Türkiyənin  texnologiya üzrə ən böyük tədbiri, İstanbul Aviasiya, Kosmos və Texnika Festivalı (TEXNOFEST İstanbul) bu gün  başlayır.

 İkinci dəfə təşkil edilənTEXNOFEST İstanbul 17-22 sentyabr tarixlərində Atatürk Hava Limanında həyata keçiriləcək.

 Festivalın ən əhəmiyyətli tərəfini təşkil edən yarışların final hissələrindən sonra qələbə qazananlar mükafatlarını alacaq. Qaliblərə bu il bütövlükdə 3 milyon lirədən çox mükafat paylanacaq.

 TEXNOFEST İstanbul çərçivəsində bu il aralarında bəşəriyyət xeyrinə texnologiya, süni intellekt, pilotsuz sualtı sistemlər, uçan avtomobil dizaynı, pilotsuz uçan aparatların iştirak etdiyi 19 müsabiqə təşkil edildi. Bu yarışlara qoşulmaq üçün 122 ölkə və Türkiyənin 81 vilayətindən 17 min 373 komanda və 50 min nəfər müraciət etdi. Yarışların finallarında isə təxminən 2 min komanda və 10 min finalçı mübarizə etmək hüququ qazandı.

 Maarifləndirici və əyləncəli "work shop"ların keçiriləcəyi festivalda, "Kosmik vasitələr, tarixdən əvvəlki dövrün izləri", "Raketimi hazırlayıram", "Naxışlı qanadlar", "Aviasiya və kosmos", "Nanotexnologiya", "Enerji texnologiyaları", "Elektron proqramlaşdırma", "Robotik kodlaşdırma", "Mobil tətbiq və proqramlaşdırma" mövzularında"work shop"lar aparılacaq.

 "World Drone Cup" çərçivəsində bir çox ölkədən iştirakçının qoşulacağı festivalda, döyüşən PUA uçuşları həyata keçiriləcək.

 Festivalda "Solo türk", "Türk ulduzları", Rusiyadan Su-30, Su-35, MC-21 tipli sərnişin və yanğınsöndürən təyyarələr, Quru Qoşunları Komandanlığı, Polis Baş İdarəsi, Jandarm Baş Komandanlığı inventarındakı müxtəlif hava vasitələri, mülki təyyarələr və "Redbull" uçuş şouları göstərəcəklər. Festivalın statik sahəsində  nümayiş olunacaq hava vasitələri arasında "Antonov AN-178" tipli təyyarə da yer alacaq.

 Paraşütdən atlamalarla rəngarəngliyi çoxalan festivalda konsertlər də veriləcək.

 



Әlaqәli Xәbәrlәr