Prezident Ərdoğan: "Suriyada ən böyük təhdid artıq DEAŞ deyil, PKK/PYD-dir"

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyadakı ən böyük təhdidin DEAŞ deyil, terror təşkilatı YPG/PKK olduğunu söylədi.

1270576
Prezident Ərdoğan: "Suriyada ən böyük təhdid artıq DEAŞ deyil, PKK/PYD-dir"

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyadakı ən böyük təhdidin DEAŞ deyil, terror təşkilatı YPG/PKK olduğunu söylədi.

 Prezident Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani paytaxt Ankarada Çankaya Köşkündə təşkil edilən Türkiyə-Rusiya-İran üçtərəfli zirvə yığıncağından sonra birgə mətbuat konfransı təşkil etdilər.

Ərdoğan üçtərəfli yığıncaqda Suriyadakı siyasi həll perspektivlərini dəstəkləmək üçün əhəmiyyətli qərarlar qəbul etdiklərini diqqətə çatdırdı.

DEAŞ-a qarşı mübarizə adı altında terror təşkilatlarının dəstəyinin qəbuledilməz olduğunu vurğulayan Ərdoğan "Suriyanın gələcəyi üçün ən böyük təhdid qaynağı PKK və onun davamı olan YPG/PYD/PKK-dır" dedi.

 Ərdoğan "Bu ölkədəki YPG/PYD/PKK-nın mövcudluğu davam etdiyi müddətdə nə Suriya, nə də bölgəmizdə dinclik hakim ola bilməz" deyə bildirdi.

 Ərdoğan son hədəfin Suriyanın şimalında sülh dəhlizi qurmaq və ölkənin bölünməsinin qarşısını almaq olduğunu vurğuladı.

 "Fərat çayının şərqindəki sülh koridoru qaçqınlar üçün də sığınacaq bir liman olacaq. Ölkəmizə sığınan ən az 2 milyon suriyalı qardaşımızın bu bölgədə yerləşdirilə biləcəyini düşünürük. Geri qayıdacaq suriyalılar üçün yeni yaşayış məntəqələri yaradılması mümkündür. Türkiyə olaraq bu mövzuda hər məsuliyyəti üzərimizə götürməyə hazırıq. Həm  suriyalı qaçqınların könüllü qaytarılması üçün Rusiya və İranla yanaşı beynəlxalq birliyin digər üzvləri ilə birlikdə cəhd göstərmək istəyirik" deyə prezident Ərdoğan qeyd etdi.

 İran prezidenti Həsən Ruhani də öz növbəsində ABŞ-ın Suriyadakı terrorçuları dəstəklədiyini, Suriyanı bölməyə cəhd göstərdiyini, bunun qəbuledilməz olduğunu söylədi.

Rusiya prezidenti Putin isə, qəbul etdikləri yekun bəyanatda Suriyada davamlı sülhün bərpası üçün maddələrin yer aldığını ifadə edərək, “Artıq konstitusiya komitəsi işləməyə başlamalıdır.  Suriyanın iqtisadi və sosial bərpa prosesi də artıq başlayıb" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr