Türkiyə generalı Suriyada Etibarlı Bölgəyə dair gözləntiləri diqqətə çatdırdı

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir...

1269548
Türkiyə generalı Suriyada Etibarlı Bölgəyə dair gözləntiləri diqqətə çatdırdı

  Türkiyə ordusunun baş qərargah rəisi, general Yaşar Güler Amerika Birləşmiş Ştatlarının baş qərargah rəisi Cozef Danfordla (Joseph Dunford) görüşərək Türkiyənin Suriyada Etibarlı Bölgəyə dair məlum fikir və gözləntilərini dilə gətirib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: "Sloveniyanın paytaxtı Lublianada həyata keçirilən NATO Baş Qərargah Rəislərinin Toplantısında Türkiyənin baş qərargah rəisi, ordu generalı Yaşar Gülerlə ABŞ-lı həmkarı Cozef Danford arasında ikitərəfli görüş olub. Söhbət zamanı türkiyəli general, NATO təhlükəsizlik məsələlərilə yanaşı, Suriyada Fəratın şərqində Təhlükəsiz Etbarlı Bölgə yaradılmasına dair Türkiyənin məlum fikir və gözləntilərini diqqətə çatdırıb".



Әlaqәli Xәbәrlәr