İzmirdә 142 qeyri-qanuni miqrant saxlanılıb
Sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı Avropaya qeyri-qanuni yollarla keçmәyә cәhd göstәrәn miqrantlar tәsbit edilib.
1269276

Türkiyәnin İzmir şәhәrinin Çeşmә vә Dikili qәsәbәlәrindә qeyri-qanuni yollarla Avropaya keçmәyә çәhd göstәrәn 142 miqrant saxlanılıb.
Sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı Avropaya qeyri-qanuni yollarla keçmәyә cәhd göstәrәn miqrantlar tәsbit edilib.
Mәlumata görә, әmәliyyat Çeşmәnin Dalyan vә Dikilinin Bademli bölgәlәrindә hәyata keçirilib. Әmәliyyat zamanı 142 qeyri-qanuni miqrant saxlanılıb. Saxlanılan miqrantlar Әfqanıstan, Fәlәstin, Suriya vә Konqo vәtәndaşıdırlar.
Qeyd edәk ki, miqrantlar әmәliyyatdan sonra Miqrasiya İdarәsinә tәhvil veriliblәr.