Türkiyə-Avropa İttifaqı siyasi dialoq yığıncağı keçirildi

Türkiyə və Avropa İttifaqı Siyasi Dialoq yığıncağı Belçikanın paytaxtı Brüsseldə keçirildi.

1269185
Türkiyə-Avropa İttifaqı siyasi dialoq yığıncağı keçirildi

Türkiyə və Avropa İttifaqı Siyasi Dialoq yığıncağı Belçikanın paytaxtı Brüsseldə keçirildi.

Xarici işlər nazirinin müavini və Avropa İttifaqının (Aİ) sədri səfir Faruq Kaymakçı başçılığındakı heyət ilə Aİ Xarici Əlaqələr Şöbəsinin baş katibinin müavini Jan Kristop Belliard ilə Avropa Komissiyası Qonşuluq üzrə Siyasət və Genişləmə müzakirələri müdiri Kristian Danielson başçılığındakı Aİ heyəti Türkiyə-Aİ əlaqələrinin gündəmindəki mövzuları müzakirə etdi.

Yığıncaqda Türkiyənin Aİ-yə iştirak prosesi başda olmaqla Gömrük Birliyi, maliyyə əməkdaşlığı, İttifaq proqramları, sərbəst viza üzrə dialoq, qanunsuz köç və terrorla mübarizə kimi Türkiyə-Aİ gündəminin əsas başlıqları barədə fikir mübadiləsi aparıldı.

Beynəlxalq sistemdə əhəmiyyətli dəyişikliklərin yaşandığı bu kritik dövrdə Türkiyə-Aİ əməkdaşlığının əhəmiyyətinə diqqət çəkilən yığıncaqda Türkiyə ilə Aİ arasındakı dialoq və əməkdaşlığın artırılmasının sadəcə tərəflər cəhətdən deyil, daha geniş bir coğrafiyada rifah və sülhün təmini cəhətdən də əhəmiyyətli olduğu vurğulandı.



Әlaqәli Xәbәrlәr