Prezident Ərdoğan: "ABŞ Türkiyə ilə döyüşən terrorçulara silah verir"

Prezident Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının 'Türkiyə ilə döyüşən terrorçulara' silah təmin etməsini tənqid etdi.

1269228
Prezident Ərdoğan: "ABŞ Türkiyə ilə döyüşən terrorçulara silah verir"

Prezident Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının 'Türkiyə ilə döyüşən terrorçulara' silah təmin etməsini tənqid etdi.

 İngiltərə xəbər agentliyi "Reuters"in suallarını cavablandıran prezident Ərdoğan YPG/PYD-nin (terror təşkilatı) PKK (Suriyadakı) davamı olduğunu söylədi.

 Prezident Ərdoğan "Bunu Qərbə izah edə bilmədik. Amerika Birləşmiş Ştatları (ABŞ) buraya (Suriyadakı terrorçulara) on minlərlə TIR dolusu silah-sursat gətirdi. NATO müttəfiqiniz Türkiyəyə pulla vermədiyinizi bunlara ödənişsiz verirsiniz"  dedi.

 Ərdoğan "terroristlərin döyüşdüyü Türkiyə siz də bunlara silah verirsiniz, bu necə müttəfiqlikdir" sözləri ilə reaksiya göstərdi.

 Türkiyə sərhədində bir terror dəhlizinə əsla icazə verilməyəcəyini bir dəfə daha vurğulayan Ərdoğan "Təəssüf ki (ABŞ Suriya ilə sərhədimizdə) 'təhlükəsiz bölgə ilə əlaqədar anlayışımıza' lazımlı cavabı vermir. Bütün bunlar ABŞ-ın yayındırma siyasətinə çevrilir. Səbr kasamız daşsa öz başımızı çarəsinə baxacağıq" barədə xəbərdarlıq da etdi.



Әlaqәli Xәbәrlәr