TSQ-nin Pkk terror təşkilatına istiqamətli əməliyyatı davam edir

Türk silahlı qüvvələrinin Muş vilayətinin Şənyayla rayonunda həyata keçirdiyi hava dəstəkli əməliyyatı  zamanı separatçı terror təşkilatı PKK üzvü 3 terrorçu zərərsizləşdirildi.

TSQ-nin Pkk terror təşkilatına istiqamətli əməliyyatı davam edir

Bildirilib ki əməliyyat zamanı terrorçulara məxsus partlayıcı və avadanlıq ələ keçirilib.

Hakkarinin Çukurca kəndinə istiqamətli əməliyyatda isə 2 quldur məhv edilib. Mardində terror aktı törətmək və meşə yanğınları çıxarmaq üçün bölgəyə cəlb olunan iki terrorçu tutulub.

Van vilayətinin Gürpınar rayonunda isə PKK-ya istiqamətli əməliyyatda terrorçulara aid olduğu müəyyənləşdirilən 3 sığınaq dağıdılıb. Xeyli silah-sursat ələ keçirilib.



Әlaqәli Xәbәrlәr