TSQ İdlibə əlavə texnika göndərdi

Türkiyə Silahlı Qüvvələri Suriyadanın İdlib şəhərindəki müşahidə məntəqələrinə çox sayda zirehli texnika, personal və personal daşıyıcılar ilə tikinti sahəsində istifadə edilən iş maşınlarından ibarət karvan göndərib.

TSQ İdlibə əlavə texnika göndərdi

Bildirilib ki, bölgədəki hərbi qüvvəni gücləndirmək məqsədiylə cəlb olunan karvanda çox sayda zirehli, personal daşıyıcılar və inşaat maşınları iştirak edir.

Astana razılaşmasına görə İdlib Gərginliyin Azaldılması Bölgəsində, Türk silahlı qüvvələrinə məxsus 12 ədəd atəşkəs müşahidə məntəqəsi var.

Qeyd edək ki, Suriyanın şimal-qərbində yerləşən İdlib, vətəndaş müharibəsinin başladığı gündən tutmuş müxaliflərin qalası mövqeyi hesab edilir. Daxili köç səbəbiylə əhali sayı 4 milyona çatan İdlibin mərkəzinə nəzarəti 2015-ci ilin mart ayında müxaliflər ələ keçirdi. Buna görə də Suriya rejiminin avia hücumlarına məruz qaldığı bölgələrin başında gedir.

Türkiyə və Rusiya arasında 17 sentyabr 2018-ci ildə razılaşma imzalanmasına baxmayaraq həmin tarixdən bu günə dək rejim və Rusiyanın hücumlarında 219-u qadın, 341-i uşaq olmaqla min 282 məsum insan həyatını itirib. Ən az 1 milyon 42 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr