İbrahim Kalın: "Münbiçdəkinə bənzər bir hədəfazdırıcı yola əl atılmasına imkan vermərik"

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.

İbrahim Kalın: "Münbiçdəkinə bənzər bir hədəfazdırıcı yola əl atılmasına imkan vermərik"

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində  kabinet iclası keçirildi.

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın iclas davam edərkən jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.

Kalın prezident Ərdoğanın toplantıdakı çıxışında Türkiyədəki ümumi siyasi vəziyyətdən, regiondakı təhlükəsizlik məsələlərindən, daxili, iqtisadi və siyasi müstəvidə atılacaq addımlardan bəhs etdiyini bildirdi.

 Ərdoğanın Fərat çayının şərqində cərəyan edən proseslərin yaxından təqibinin davam ediləcəyini söylədiyini bildirən sözçü İdlibdəki prosesləri yaxından izlədiklərini qeyd etdi.

 Kaln Suriyanın İdlib şəhərində çox mühüm bir vəzifə icra etdiklərini xatırlatdı, bazar ertəsi günü prezident Ərdoğanın rəhbərliyində Ankarada keçiriləcək üçtərəfli görüşdə bu məsələlərin müzakirə olunacağını söylədi.

 İclasda təhlükəsizlik məsələsi ilə bağlı regionda baş verən hadisələrin də ətraflı şəkildə müzakirə olunduğundan xəbər verən Kalın Fərat çayının şərqindəki hadisələrin gündəliyin əsas məsələlərindən biri olduğunu ifadə etdi.

 Kalın Amerika Birləşmiş Ştatları ilə əldə edilən razılaşma çərçivəsində təhlükəsiz bölgənin yaradılması istiqamətində sürətli addımlarla irəlilədiklərini, iki gün əvvəl ilk dəfə nəzarət fəaliyyətinin həyata keçirildiyini, daha əvvəl də helikopterlərlə havadan nəzarətin aparıldığını, birgə əməliyyat mərkəzinin yaradıldığını xatırlatdı.

 Kalın birgə əməliyyat mərkəzi ilə bağlı fəaliyyətlərin və koordinasiyanın  davam edəcəyini söylədi.

Prezident Aparatının sözçüsü sözünə belə davam etdi: "Türkiyə Milli Müdafiə Nazirliyi, kəşfiyyat təşkilatımız və başqa orqanlarımız təhlükəsiz bölgənin yaradılması, idarə edilməsi, təhlükəsizliyin təmin olunması, sahədəki proseslərin bizim mənbələrimiz tərəfindən müstəqil şəkildə təsdiq edilməsi üçün də ABŞ rəsmiləri ilə yaxından fəaliyyət göstərməyə davam edirlər".

"Burada daha əvvəl cənab prezidentimizin d,ə hörmətli xarici işlər nazirimizin də ifadə etdikləri kimi, Münbiçdəkinə bənzər  bir diqqət dağıtma, hədəf azdırma yoluna əl atılmasına biz təbii ki, imkan vermərik. Təhlükəsiz bölgədə Fərat çayının şərqində qoyduğumuz qaydalar çərçivəsində görülməli işlər məlumdur. Proses heç bir güzəştə yol verilmədən, qətiyyətlə, ardıcıl şəkildə həyata keçirilməli, sürətləndirililməlidir. Cənab prezidentimizin  sentyabrin 21-də Nyu-Yorkda BMT-də başlayacaq görüşlərinin də əhəmiyyətli gündəm maddələrindən biri  bu məsələ olacaq".

 İbrahim Kalın Diyarbəkirdə uşaqları separatçı terror təşkilatı PKK tərəfindən qaçırılan anaların göstərdikləri şücaətdən də bəhs etdi. Sözçü xarici mətbuatın bu hadisəni görməməsini tənqid edərək:"Xarici mətbuatın bu məsələyə laqeyd qalması son dərəcə diqqətçəkicidir. Kiçik hadisələri böyüdən beynəlxalq mətbuatın bu məsələdə sükut, bəlkə də bir növ qərəz nümayiş etdirməsi son dərəcə diqqətçəkicidir. Lakin bu bizim qətiyyətimizə, həmrəyliliyimizə təsir göstərməyəcəkdir" dedi.

 



Әlaqәli Xәbәrlәr