Türkiyə Silahlı Qüvvələri və ABŞ Silahlı Qüvvələrinin heyəti Suriya sərhədində tədqiqatlar apardı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri rəsmiləri Suriya sərhədinin sıfır nöqtəsində tədqiqatlar apardılar.

1266988

Suriyanın şimalında Təhlükəsiz bölgə yaradılması  ilə əlaqədar fəaliyyətlər çərçivəsində Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsində qurulan Birləşmiş Birgə Hərəkat Mərkəzində vəzifəli TSQ və ABŞ hərbi heyəti hərbi maşınlarla Suriya sərhədinin sıfır nöqtəsində tədqiqatlar apardı.

Mina axtaran maşının da daxil olduğu zirəhli maşınlarla hərəkət edən hərbi heyətin sərhəd xəttində tədqiqat apardığı bildirildi.

Digər tərəfdən ABŞ Avropa Qüvvələri üzrə komandan müavini general-leytenant Stephan Tvitty və ABŞ Mərkəzi Qüvvələr komandanının müavini general-leytenant Thomas Bərqeson Baş Qərargahın mərkəzində görüşlər  keçirdi.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, ABŞ hərbi heyətinin Suriyada yaradılacaq Təhlükəsiz bölgə çərçivəsində Baş Qərargahın mərkəzində keçirdiyi görüşü başa çatdı.

Görüş sabah Akçakaledəki Birləşmiş Birgə Hərəkat Mərkəzində davam etdiriləcək.

Әlaqәli Xәbәrlәr