Edirnәdә 753 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyәnin Edirnә şәhәrindә qeyri-qanuni yollarla Avropaya keçmәyә çәhd göstәrәn 753 miqrant saxlanılıb.

1266354
Edirnәdә 753 qeyri-qanuni miqrant saxlanılıb

 

 

Türkiyәnin Edirnә şәhәrindә qeyri-qanuni yollarla Avropaya keçmәyә çәhd göstәrәn 753 miqrant saxlanılıb.

Edirnә Jandarm Qüvvәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı Avropaya qeyri-qanuni yollarla keçmәyә cәhd göstәrәn miqrantlar tәsbit edilib.

Edirnәnin Enez, Lalapaşa, Keşan, İpsala vә Uzunköprü qәsәbәlәrindә keçirilәn әmәliyyat zamanı 753 qeyri-qanuni miqrant saxlanılıb. Saxlanılan miqrantlar Misir, Suriya, Mәrakeş, Әlcәzair, Әfqanıstan, İran, Şri-Lanka, Banqladeş, Pakistan, Fәlәstin, Nepal vә Somali vәtәndaşıdırlar.

Qeyd edәk ki, miqrantlar әmәliyyatdan sonra Miqrasiya İdarәsinә tәhvil veriliblәr.



Әlaqәli Xәbәrlәr