“ABŞ Münbiç Yol Xəritəsilə əlaqədar verdiyi vədləri yerinə yetirmədi”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Münbiç Yol Xəritəsilə əlaqədar verdiyi vədləri yerinə yetirmədiyini söylədi.

1266869
“ABŞ Münbiç Yol Xəritəsilə əlaqədar verdiyi vədləri yerinə yetirmədi”, M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Münbiç Yol Xəritəsilə əlaqədar verdiyi vədləri yerinə yetirmədiyini söylədi.

Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Qaradağın (Çərnoqoriya) xarici işlər naziri Srdjan Darmanoviç ilə ikitərəfli və heyətlər arasında keçirilən görüşlərdən sonra birgə mətbuat kofransında təşkil etdi.

Çavuşoğlu Suriyada Türkiyə ilə ABŞ-ın icra etdiyi birgə patrul vəzifəsilə əlaqədar ABŞ ilə təhlükəsiz bölgə üçün müzakirələrə başlandığında birgə  hərəkat mərkəzi qurulmasına dair lik addımın atıldığını və bunu yaxşı bir başlanğıc kimi qiymətləndirdiklərini xatırlatdı.

Bunun qarşılığında ABŞ-a xəbərdarlıqları da dəqiq şəkildə açıqladıqlarını vurğulayan Çavuşoğlu “Nə üçün bu xəbərdarlığa ehtiyac duyduq? Çünki başda Münbiç Yol Xəritəsi olmaqla ABŞ təəsssüf ki, bu terror təşkilatı ilə qəbul etdiyi öhdəliklərə görə vədini yerinə yetirmədi və bu yol xəritəsinə fırıldaq gəldi” dedi.

İkinci bir Münbiç olmaması üçün bu xəbərdarlıqları etdiklərini ifadə edən Çavuşoğlu hal-hazırdakı vəziyyətdə Türkiyənin xəbərdarlıqlarında nə qədər haqlı olduğunu prezident Rəcəb Tayyib Ərdoğanın dilə gətirdiyini bildirdi.

Çavuşoğlu onu da dedi ki, hazırda birgə patrul vəzifəsi davam etdirilir, amma bundan başqa atılan addımlar yaxud atıldığı söylənən addımlar göz boyamaqdan başqa heç nə deyildir. ABŞ-ın da bir şəkildə baş qatmaq prosesinə girmək istədiyini və Türkiyəni də başını qatmaq prosesinə hazırlaşdırdığını görürük. Amma bizim bununla bağlı mövqeyimiz dəqiqdir. Əsasən bu gördüyümüz tablo terrorla mübarizədə qabaqçıl olduğunu söyləyən bir ölkənin qarşı-qarşıya olduğu vəziyyəti göstərən ibrətamiz bir tablodur. Bir terror təşkilatından müstəqil hərəkət edə bilməyən dırnaqarası müttəfiqdən bəhs edirik.

ABŞ-ın bir tərəfdən Türkiyə ilə göz boyayan addımlar atarkən digər tərəfdən terror təşkilatları ilə öhdəliklərini də gücləndirərək dəstək verdiyini söyləyən Çavuşoğlu Türkiyənin bu terror təşkilatını bölgədən təmizləməsini təmin etməsinin Türkiyə üçün milli təhlükəsizlik məsələsi olduğunu qeyd etdi.

“Bu mövzuda güzəştə getməyimiz qetiyyətlə qeyri-mümkündür. Bu gün gediləcək bir güzəşt gələcəkdə bizi daha ciddi və öbyük təhlükələrlə qarşı-qarşıya buraxa bilər. Prezidentimizin də vurğuladığı kimi müzakirələrdən və əməkdaşlıqdan nəticə əldə edilə bilməyəcəyi təqdirdə, biz istənilən hazırlığı gördük və bölgəyə girərik. Necə Afrin və “Fərat qalxanı” bölgəsində DEAŞ və YPG/PKK-dan bu bölgələri təmizlədiksə buraları da də təmizləyərik. Təhlükəsiz bölgə yaranar. Digər tərəfdən də sabitliyə qovuşdurular” –deyə Çavuşoğlu vurğuladı.



Әlaqәli Xәbәrlәr