İzmirin işğaldan azad olunmasının 97-ci ildönümü qeyd edilir

9 sentyabr 1922-ci il eyni zamanda Anadolunun işğaldan xilas olduğu gündür...

İzmirin işğaldan azad olunmasının 97-ci ildönümü qeyd edilir
izmir.png
izmir'in kurtulus yildonumu2.jpg
izmir'in kurtulus yildonumu1.jpg

İzmir bölgəsinin düşmən işğalından azad olunmasının 97-ci ildönümü qeyd olunur.

9 sentyabr 1922-ci il eyni zamanda Anadolunun işğaldan xilas olduğu gündür...

Həmin münasibətlə İzmirdə təntənəli mərasimlər təşkil olunub. Xalq qurtuluş bayramını, qazanılan tarixi hərbi rəşadəti böyük coşqu ilə qeyd edir. 350 metrlik nəhəng bayrağın da daşındığı “Zəfər yürüşü” mərasimində İzmir vilayətinin rəsmi şəxsləri, komandanlar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İzmirin düşməndən azad olunmasının 97-ci ildönümünü qeyd etmə tədbirləri çərçivəsində Solotürk və "Türk ulduzları"nın nümayiş uçuşu da olacaq.

Axşam da Cümhuriyyət meydanından Gündoğdu meydanına fənər yürüşü keçiriləcək.

Qeyd edək ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşanın komandanlığı və siyasi liderliyi ilə 1922-ci il avqustun 26-da başlanan Büyük Taarruz (hücum) hərəkatı sayəsində sentyabrın 9-da İzmir bölgəsi yunan işğalçı qüvvələrindən azad olunub. Yunan hərbi birləşmələri tərəfindən 1919-cu il mayın 15-də işğal edilən İzmir 3 il ərzində böyük dağıntıya və mənəvi təcavüzə məruz qalıb. Qurtuluş savaşında İzmir çox sayda şəhid verib.



Әlaqәli Xәbәrlәr