Akar: "Sentyabrın 8-də birgə nəzarət fəaliyyətinin başlanması nəzərdə tutulub"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyada təhlükəsiz bölgə ilə bağlı fəaliyyətlərdə heç bir gecikməyə səbrlərinin olmadığını qeyd edərək, ABŞ ilə birgə nəzarət fəaliyyətinin sentyabrın 8-də başlamasını planlaşdırdıqlarını bildirdi.

1265120
Akar: "Sentyabrın 8-də birgə nəzarət fəaliyyətinin başlanması nəzərdə tutulub"

 
 Türkiyənin milli müdafiə naziri Hulusi Akar Malatyada Suriya sərhədinin təhlükəsizliyinə nəzarət edən qoşun komandirləri ilə görüşdü.

Akar iki saatdan artıq davam edən toplantıda fəaliyyətlərə dair ətraflı məlumatlar aldı, göstərişlər verdi.
 
 Milli müdafiə naziri burada verdiyi açıqlamada prezident Rəcəb Tayyib Ərdoğanın göstərişləri əsasında Türkiyənin cənubunda terror dəhlizinin yaradılmasına icazə verməyəcəklərini vurğuladı, bunun üçün nə lazımdırsa, edəcəklərini söylədi.
 
 Hulusi Akar Suriyada ABŞ ilə birgə  təhlükəsiz bölgə fəaliyyətlərinə də toxunaraq dedi: "Birgə nəzarət fəaliyyətinin də sentyabrın 8-də başlamasını planlaşdırdıq. Bu məsələdə ümumi razılıq əldə edilib. Bu çərçivədə müəyyən olunmuş fəaliyyətlərin müəyyən bir zaman və tempdə keçirilməsini gözləyirik, bu məsələdə irəliləməyi arzu edirik". 



Әlaqәli Xәbәrlәr