Türkiyә ABŞ-a başsağlığı verdi

Türkiyə  Cənubi Kaliforniya sahillində sərnişin gәmisindә baş verәn yanğın nәticәsindә hәlak olanlarla bağlı Amerika Birlәşmiş Ştatlarına başsağlığı verib.

1263162
Türkiyә ABŞ-a başsağlığı verdi

 

Türkiyə  Cənubi Kaliforniya sahillində sərnişin gәmisindә baş verәn yanğın nәticәsindә hәlak olanlarla әlaqәdar  Amerika Birlәşmiş Ştatlarına başsağlığı verib.

Türkiyәnin  Xarici İşlər Nazirliyindәn verilәn yazılı açıqlamada  bu ifadәlәrә yer verilib: ‘‘Santa Kruz adası sahilindәki gәmidә baş verәn yanğın nәticәsindә çox sayda adamın hәlak olması vә xәsarәt alması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Yanğın nәticәsindә hәlak olanların ailәlәri vә ABŞ xalqına başsağlığı, xәsarәt alanlara şәfa dilәyirik’’.

Qeyd edәk ki, Kaliforniyada Santa-Krus adası sahillərində sərnişin gəmisi yanıb. Hadisә nәticәsindә 25 nәfәr hәlak olub, çox sayda adam da xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr