Hakkaridə 2 PKK terrorçusu zərərsizləşdirildi
Türkiyənin Hakkari vilayətində separatçı terror təşkilatı PKK-nın 2 üzvü zərərsizləşdirildi.
1262704

Türkiyə Daxili İşlər Nazirliyi məlumat yaydı.
Məlumata görə, "Sarsıdıcı əməliyyat" çərçivəsində Hakkari vilayətinin Kazan vadisində terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirilib.
Əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.
Zərərsizləşdirilən terrorçuların Hakkaridə iyunun 1-də iki əsgərin, iyunun 28-də bir əsgərin şəhid olduğu terror hücumlarında iştirak etdikləri müəyyən edilib.
Terrorçuların eyni zamanda, avqustun 26-də Hakkarinin Doğanlı bölgəsində zərərsizləşdirilən mina/əl istehsalı partlayıcısının yerləşdirilməsi aktının da iştirakçıları olduqları bildirildi.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 fevral)
Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 24-də 72 nəfər dünyasını dəyişib.