S-400-lərin ikinci batareyası da Ankara gətirilməyə başlandı

Rusiyadan alınan S-400 havadan müdafiə sistemlərinin ikinci batareyası da Türkiyəyə gətirildi.

1259342
S-400-lərin ikinci batareyası da Ankara gətirilməyə başlandı

Rusiyadan alınan S-400 havadan müdafiə sistemlərinin ikinci batareyası da Türkiyəyə gətirildi.

Müdafiə Nazirliyinin mövzuyla bağlı sosial şəbəkədən verdiyi açıqlamada bildirilib ki, batareya və avadanlıqları gətirən Rusiyanın yük təyyarəsi bu gün Ankaraya enib.

Türkiyənin hava və raket müdafiə ehtiyacının ödənilməsi üçün S-400 Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sisteminin tədarük müqaviləsi 11 aprel 2017-ci ildə imzalanmış, həmin çərçivədə S-400 Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sisteminin birinci batareya avadanlıqlarının ölkəyə gətirilməsi 12-25 iyul 2019-cu ildə tamamlanmışdı. Bu çərçivədə S-400 Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sisteminin ikinci batareya avadanlıqlarının Mürted Hava Limanı/Ankaraya gətirilməsinə bugündən etibarən başlandı. Çatdırılmanın bir ay ərzində davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə S-400 tədarükünün ilk mərhələsinə iyulun 12-də başlanıb.



Әlaqәli Xәbәrlәr