Mövlud Çavuşoğlu Livan baş naziri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn Livana etdiyi rәsmi sәfәr çәrçivәsindә bu ölkәnin baş naziri Saad әl-Hariri vә daxili işlәr naziri Raya әl-Hәsәnlә görüş keçirib.

1257777
Mövlud Çavuşoğlu Livan baş naziri ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn Livana etdiyi rәsmi sәfәr çәrçivәsindә bu ölkәnin baş naziri Saad әl-Hariri vә daxili işlәr naziri Raya әl-Hәsәnlә görüş keçirib.

Nazir Mövlud Çavuşoğlu Livanın paytaxtı Beyrutdakı Nazirlәr Kabinetindә  baş nazir Hariri ilә bir araya gәlib.

Görüşdәn sonra Livan Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda Mövlud Çavuşoğlunun  Türkiyәnin Livanı vә rәsmi qurumlarını dәstәklәyәcәyini bildirdiyi ifadә edilib.

Görüşdә hәmçini iki ölkә arasındakı azad ticarәt bölgәsi ilә bağlı müqavilәnin tәtbiq olunması mәsәlәsindә razılıq әldә olunub.

Livan baş naziri Hariri dә ölkәsinin cәnubunda yerlәşәn BMT-nin müvәqqәti missiyası çәrçivәsindә vәzifәlәrini icra edәn Türkiyә qüvvәlәrinin apardığı fәaliyyәtlәri alqışlayıb.

Mәlumata görә, Mövlud Çavuşoğlu daha sonra ölkәnin DİN rәhbәri Raya әl-Hәsәnlә görüşüb. Görüş Beyrutdakı Daxili İşlәr Nazirliyindә baş tutub vә mәtbuat üçün qapalı keçirilib. Görüşdә Türkiyәnin Beyrutdakı sәfiri Hakan Çakıl, Türkiyәnin XİN rәhbәrliyinin mәtbuat katibi Hami Aksoy vә bәzi diplomatlar iştirak ediblәr.

Mövlud Çavuşoğlu Livana etdiyi rәsmi sәfәr çәrçivәsindә hәmçinin Beyrutdakı Yunuş Әmrә İnstitutunda  bu ölkәdә yaşayan Türkiyә vәtәndaşları, Türkmәnlәr vә Türkiyәdә tәhsil almış livanlılarla görüşüb. Görüş mәtbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr