"Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarış fəaliyyətlərinə qətiyyətlə davam edəcəyini söylədi.

1256984

Ərdoğan Ankarada rəsmi səfərdə olan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersin Tatarla ilə birgə təşkil etdiyi mətbuat konfransında dedi:

“Öz hüquqlarımızı necə qoruyuruqsa Kıbrıs Türklərinin də adadakı və bölgədəki maraqlarını eyni şəkildə qətiyyətlə müdafiə edəcəyik. Kıbrısdakı problemin ortaya çıxması da, indiyədək davam etməsi də tamamilə rumların yola gəlməz mövqeyindən qaynaqlanır”.

Prezident Ərdoğan Şərqi Aralıq dənizindəki vəziyyətə toxunaraq bildirdi ki, dünən Kıbrıs Türklərinin qanını tökərək adanı ələ keçirməyə cəhd göstərənlər yenə də bugünkü siyasi və iqtisadi hücumlarla eyni hədəfi davam etdirirlər.

Ərdoğan Şərqi Aralıq dənizində nə Türkiyəni nə də Şimali Kıbrıs Türk Cümhuriyyətini yox sayan heç bir layihənin həyata geçirilemeyeceğini ifadə edərək, "Baş verənlərdən dərs götürməyənlər varsa onlara da lazım olan cavabları verməkdən imtina etməyəcəyimizi bilsinlər" dedi.

Әlaqәli Xәbәrlәr