“Jean Monnet” Təqaüd Proqramının 2020-2021-ci tədris illəri üçün müraciət qəbulu

Proqram daxilində 2020-2021-ci tədris ili üçün 160 nəfərə Aİ üzvü olan ölkələrdə Aİ təhsili - bakalavr və ya araşdırma proqramlarında iştirak imkanı təqdim edir. 160 tələbəyə ümumilikdə 5,6 milyon avro məbləğində təqaüd veriləcək.

1256816
“Jean Monnet” Təqaüd Proqramının 2020-2021-ci tədris illəri üçün müraciət qəbulu

  “Jean Monnet” Təqaüd Proqramı 2020-2021-ci tədris ili üçün müraciət qəbuluna başladı.

  İştirakdan Əvvəl Avropa İttifaqı Maliyyə Yardımı çərçivəsində maliyyələşdirilən və Türkiyənin Aİ İdarəsi tərəfindən tətbiq olunan təqaüd proqramı üçün müraciətlər 5 noyabr 2019-cu ilə qədər sürəcək.

  Proqram daxilində 2020-2021-ci tədris ili üçün 160 nəfərə Aİ üzvü olan ölkələrdə Aİ təhsili - bakalavr və ya araşdırma proqramlarında iştirak imkanı təqdim edir. 160 tələbəyə ümumilikdə 5,6 milyon avro məbləğində təqaüd veriləcək.

  “Jean Monnet” Təqaüd Proqramı çərçivəsində 3-dən 12 aya qədər olan təhsil müddətləri nəzərdə tutulur.

  Proqramdan ictimai qurum, özəl sektor, qeyri-hökumət təşkilatları çalışanları, universitet personalı, orta məktəbin son sinif şagirdləri, magistr və aspirantura tələbələri faydalana bilir.

  “Jean Monnet” Təqaüd Proqramının məqsədi Türkiyənin Avropa İttifaqına üzvlük hədəfi çərçivəsində Aİ sahəsində ixtisaslaşmış insan qaynağının inkişaf etdirilməsi və qazanılan təhsilin təsirli şəkildə tətbiq oluna bilməsi üçün lazımi administrativ bazanın yaradılmasıdır.

  Təqaüddən bu günə qədər 2 mindən çox adam faydalanıb.

    “Jean Monnet” Təqaüd Proqramı ilə bağlı ətraflı məlumatı aşağıdakı internet saytlarından əldə etmək mümkündür:

www.ab.gov.tr

www.jeanmonnet.org.tr



Әlaqәli Xәbәrlәr