Mardin vә Şırnakda yeddi terrorçu da zәrәsizlәşdirilib

Türkiyәnin Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata görә, ölkә daxilindә keçirilәn әmәliyyatlar çәrçivәsindә Mardinin Savur qәsәbәsindә jandarm qüvvәlәri vә Polis İdarәsi tәrәfindәn әmәliyyat keçirilib.

1256500
Mardin vә Şırnakda yeddi terrorçu da zәrәsizlәşdirilib

 

Türkiyәnin Mardin vә Şırnak şәhәrlәrindә tәhlükәsizlik qüvvәlәri tәrәfindәn hәyata keçirilәn әmәliyyatlar nәticәsindә  separatçı terror tәşkilatı PKK-nın yeddi üzvü mәhv edilib.

Türkiyәnin Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata görә, ölkә daxilindә keçirilәn әmәliyyatlar çәrçivәsindә Mardinin Savur qәsәbәsindә jandarm qüvvәlәri vә Polis İdarәsi tәrәfindәn әmәliyyat keçirilib.

Әmәliyyat nәticәsindә beş terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Şırnakın Silopi qәsәbәsindә davam etdirilәn әmәliyyatlar nәticәsindә dә PKK-nın iki üzvü zәrәrsizlәşdirilib.

Qeyd edәk ki, bölgәdә әmәliyyatlar davam etdirilir.



Әlaqәli Xәbәrlәr