Adanada PKK-ya qarşı əməliyyat keçirildi

Türkiyədə Adana Respublika Baş Prokurorluğu terror təşkilatı PKK-ya qarşı istintaq çərçivəsində 23 şübhəli haqqında həbs qərarı verdi.

1254348
Adanada PKK-ya qarşı əməliyyat keçirildi

Türkiyədə Adana Respublika Baş Prokurorluğu terror təşkilatı PKK-ya qarşı istintaq çərçivəsində 23 şübhəli haqqında həbs qərarı verdi.

Adana Respublika Baş prokurorluğu Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin dəstələri terror təşkilatı PKK-nın hərəkət və fəaliyyətlərini müəyyən etmək üçün əməliyyata başladılar.

Polis dəstələri təşkilatın sosial paylaşma saytlarında zorakılıq və təhdid metodlarını təqdir etdiyi üzvlərindən ibarət 23 şübhəlinin ünvanını təsbit etdi.

Səhər saatlarında şəhər mərkəzində 18, Ceyhan rayonunda 5 ünvana xüsusi təyinatlı polis dəstələri tərəfindən əməliyyat təşkil edildi.

Axtarış qrupları basqın zamanı evlərdə çox sayda sənəd  və rəqəmsal  material ələ keçirdilər.

Şübhəlilər nəzarətə alınaraq polis şöbəsinə aparıldılar.

 


Etiketlәr: #əməliyyat , #PKK , #Adana

Әlaqәli Xәbәrlәr