Metinada yenə 2 PKK terrorçusu zərərsizləşdirildi
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə...
1254243

İraqın şimalındakı Metina bölgəsinə Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil edilən hava hərəkatında bölücü terror təşkilatı PKK-nın 2 üzvü zərərsizləşdirildi.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin 27 mayından başlayan Pəncə Hərəkatına koordinasiyalı olaraq Metina bölgəsinə hava əməliyyatı təşkil edilib. Əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.