ABŞ-ın nümayәndә heyәti Birgә Әmәliyyat Mәrkәzi ilә bağlı Şanlıurfadakı hәrbi birliklәrә baş çәkib

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’  sәhifәsindәn verilәn açıqlamada bildirilib.

1253281
ABŞ-ın nümayәndә heyәti Birgә Әmәliyyat Mәrkәzi ilә bağlı Şanlıurfadakı hәrbi birliklәrә baş çәkib
milli savunma bakanligi.jpg

 

 

Amerika Birlәşmiş Ştatlarının Silahlı Qüvvәlәrinin  Avropadakı  komandanının müavini general-leytenant Stiven Tviti Suriyanın şimalında ABŞ ilә koordinasiyalı şәkildә qurulması planlaşdırılan tәhlükәsiz bölgә ilә әlaqәdar yaradılacaq Birgә Әmәliyyat Mәrkәzi çәrçivәsindә Şanlıurfadakı hәrbi birliklәrә baş çәkib.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’  sәhifәsindәn verilәn açıqlamada bildirilib.

Açıqlamada ABŞ ilә koordinasiyalı şәkildә qurulması planlaşdırılan tәhlükәsiz bölgә çәrçivәsindә Amerika Birlәşmiş Ştatlarının Silahlı  Qüvvәlәrinin  Avropadakı  komandanının müavini general-leytenant Stiven Tvitinin  Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahında keçirdiyi görüşlәrdәn sonra  Şanlıurfadakı hәrbi birliklәrә baş çәkdiyi bildirilib.

Mәlumatda general-leytenant Stiven Tvitinin bu gün Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahındakı görüşlәrini davam etdirәcәyi vә daha sonra ölkәsinә geri qayıdacağı qeyd olunub.

Digәr tәrәfdәn Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamada Türkiyәnin  tәhlükәsiz bölgә ilә bağlı mövqeyindә hәr hansı dәyişikliyin olmadığı vurğulanıb.  Açıqlamada hәmçinin bәzi media orqanlarının tәhlükәsiz bölgә mәsәlәsindә yaydığı xәbәrlәrin hәqiqәti әks etdirmәdiyi bildirilib.

‘‘Tәhlükәsiz bölgә ilә bağlı ABŞ ilә koordinasiyalı şәkildә aparılan fәaliyyәtlәr Milli Müdafiә Nazirliyi tәrәfindәn lazımi zaman açıqlanır. Bu çәrçivәdә Türkiyәnin  tәhlükәsiz bölgә ilә bağlı mövqeyindә hәr hansı bir dәyişiklik yoxdur’’,-deyә açıqlamada qeyd olunub.



Әlaqәli Xәbәrlәr