İzmirdә 83 qeyri-qanuni miqrant saxlanılıb
Mәlumata әsasәn, sahil mühafizә dәstәlәri Dikili qәsәbәsinin Bedemli vә Hayıtlı bölgәlәrindә әmәliyyat keçiriblәr.
1251853

Türkiyənin İzmir şәhәrinin Dikili qәsәbәsindә rezin qayıqla Avropaya keçmәyә cәhd göstәrәn 83 qeyri-qanuni miqrant saxlanılıb.
Mәlumata әsasәn, sahil mühafizә dәstәlәri Dikili qәsәbәsinin Bedemli vә Hayıtlı bölgәlәrindә әmәliyyat keçiriblәr.
Sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı saxlanılan miqrantların hamısı Әfqanıstan vәtәndaşıdır. Onlar arasında 38 uşaq da var.
Qanunsuz miqrantlar müvafiq prosedurdan sonra Miqrasiya Xidmətinin regional idarəsinə aparılıblar.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 164 ölüm faktı qeydə alınıb.