Türkiyə ABŞ ilə əldə edilən razılığı yaksək qiymətlənrdirir

Suriya sərhədində sülh dəhlizi yaradılması mövzusunda dünən ABŞ və Türkiyə arasında baş tutan görüşdə əldə edilən razılaşmanı yüksək qiymətləndiririk. Bunu Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

1250200
Türkiyə ABŞ ilə əldə edilən razılığı yaksək qiymətlənrdirir

11-si keçirilən Səfirlər Konfransı çərçivəsində mətbuat konfransı təşkil edən Çavuşoğlu: “Suriyanın şimalında yaradılması planlaşdırılan sülh dəhlizinin sərhəddə məsafəsi və uzunluğunun nəqədər olacağı barədə ABŞ ilə birgə qərar qəbul edəcəyik. Bununla bağlı atılası addımların müəyyənləşdirilməsi mövzusunda razılıq əldə edildi. Yüksək qiymətləndirdiyimiz ortaq əməliyyat mərkəzinin yaradılması əhəmiyyətlidir. Digər detallar ABŞ ilə birgə müəyyənləşdiriləcək. Məqsədimiz təhlükəsiz bölgə yaratmaq və bu ərazilərdə terror təşkilatı YPG / PKK-nı tamamilə təmizləməkdir. Bu işin Münbiç yol xəritəsinə çevrilməsinə məhz diqqətin yayınmasına imkan verməyəcəyik. Bunu sözlə yox, lazımlı addımları ataraq göstəririk.



Әlaqәli Xәbәrlәr